Buğda toxumu Qırmızıgül / R1 / Region Agro / 2023-cü il, 50 kq, kq

0.75 ₼

Səbətə əlavə et
Kateqoriya: Məhsulun adı: Buğda toxumu Qırmızıgül / R1 / Region Agro / 2023-cü il, 50 kq, kq / 322

Məlumat

Məhsul Haqqında:


Sort qısaboyludur (78-84 sm), gövdəsi möhkəm, yatmaya davamlıdır, məhsuldar kollanması 2,4-2,5-dir. Vegetasiya müddəti suvarmada 225 gün təşkil edir, digər rayonlaşmış sortlardan 4-6 gün gec yetişir. Sort yüksək arxitektonikaya malikdir. Sünbülü düz, qısa, qırmızı rəngdədir. Qılçıqları qısa, dağınıq olub tüklüdür. Sortun dəni xırda, forması yarım-yumurtavari, rəngi qırmızı, şırımın xarakteri dayaz, qayəsi tüklüdür. Sünbüldə sünbülcüklər orta sıxlıqdadır, dənlərin sayı 38-46 ədəddir.


Tətbiqi:


Sortun respublikanın əsasən suvarma və nəmliklə təmin olunan dağlıq və dağətəyi bölgələrində becərilməsi təklif olunur. Suvarma bölgələrində sort üçün ən yaxşı sələf çoxillik bitkilər və cərgəarası becərilən bitkilər, dağətəyi bölgələrdə isə qara və bitkili heriklərdir.
Suvarma şəraitində sort üçün optimal səpin müddəti oktyabrın ikinci və üçüncü, dağətəyi dəmyə şəraitində isə sentyabrın ikinci və üçüncü ongünlükləri aralıqları hesab olunur.Suvarma şəraitində hektara 4,5-5,0 milyon, dağətəyi dəmyə şəraitində isə 4,0-4,5 milyon cücərən toxum səpilməsi tövsiyə olunur.


Üstünlükləri:


Qışa davamlıdır. Qonur pas xəstəliyinə davamlıdır.Sarı pas və sürmə xəstəliklərinə yüksək dərəcədə davamlıdır. Sort yüksək arxitektonikaya malikdir.

Video

© 2020 - 2024 Aqrar İnnovasiya və Təchizat Şirkəti
www.gubre.az
Whatsapp icon