Mass plant forte 20 SP / 20% Acetamiprid / Sunset Kimya / 1 l, l

25 ₼

Səbətə əlavə et
Kateqoriya: Məhsulun adı: Mass plant forte 20 SP / 20% Acetamiprid / Sunset Kimya / 1 l, l / 23

Məlumat

ÖZƏLLİKLƏRİ: MASS PLANT FORTE 20 SP sistemik təsirə malik bir dərmandır. Dərmanlamadan qısa vaxt sonra bitkinin gövdəsinə keçir və 14-21 gün müddətində təsirini qoruyur.

DƏRMANIN İSTİFADƏYƏ HAZIRLANMASI:
Tövsiyyə edilən dozası üzərindən hesablanan bitki mühafizə vasitəsi öncə ayrı bir qabda bir miqdar su ilə qarışdırılır. Dərmanlama alətinin çəninin yarsı su ilə doldurulur. Alətin qarışdırıcısı işlək vəzəiyyətdə olarkən dərman qarışımı çənə əlavə edilir. Qarışdırılma davam etdirilərək çən su ilə doldurulur. Dərmanın hazırlanması tamamlanadək qarışdırılma davam etdirilir. Hazırlanan dərman həmin gün istifadə edilməlidir.

KALİBRASİYA:
Dərmanlama aparılmadan əvvəl dərmanlama alətinin kalibrasiyası edilməlidir. Dərmanlamalarda sahəyə tətbiq ediləcək dərman qarışımı miqdarı düzgün müəyyən edilməlidir. Dərmanlama günün sərin saatlarında, küləksiz və ya az küləkli hava şəraitində aparılmalıdır.

DƏRMANLAMA ALƏTİNİN TƏMİZLƏNMƏSİ:
Dərmanlamanı bitirdikdən dərhal sonra dərmanlama alətinin çənini etibarlı bir şəkildə boşaldın. Çənə təmiz su tökərək qarışdırıcını və püskürtmə sistemini çalışdıraraq bütün hissələrin yuyulmasını təmin edin. Dərmanlama alətinin yuyulmasını su qaynaqlarının yaxınlığında etməyin. Alətin yuyulması zamanı istifadə edilən suyu su qaynaqlarına boşaltmayın.

DƏRMANIN İSTİFADƏ QAYDASI:
• Dərmanlamalar səhər tezdən və ya axşam sərinliyində aparılmaldır.
• Dərmanlama aparıldıqdan sonra 6 saat ərzində yağış yağarsa dərmanlama təkrarlanmalıdır. Eyni yetişdirmə dövründə iki-dən çox dərmanlama aparılmamalıdır.

KARTOFDA KARTOF BÖCƏYİ: Sahəyə künclərdən daxil olaraq zərərlinin yumurta, sürfə və yetişkinləri axtarılır. Zərərliyə hər hansı bir dövrdə rast gəlinməsi sahənin yoluxmuş olmasını göstərir. Birinci nəslə qarşı dərmanlama aparılacaqsa bitkilərdə ilk yetişkin sürfələr (dördüncü dövr) görüldüyündə aparılmalıdır. İkinci nəslə qarşı dərmanlama aparılması halında isə yumurtaların tam açılması gözlənilməlidir. Bu dövrdə böcək çoxluğundan meydana gələ biləcək zərər bitki tərəfindən qarşılana bildiyindən dərmanlama aparlmasına ehtiyac olmaya bilər.

POMİDOR, BİBƏRDƏ (istixana) TÜTÜN AĞCAQANADI: Tütün ağcaqanadı və istixana ağcaqanadı ilə yoluxmuş olan sahəyə/istixanaya künclərdən daxil olaraq 5 addımdan bir alt, orta və üst yarpaqlardan olmaqla 50 yarpaq toplanılır. Yarpaq başına 5 sürfə+pupası tapıldığında mübarizəyə başlanılır.

PÜSTƏDƏ YARPAQ PSİLİDİ: Həftəlik olaraq 100 yarpaqda aparılan sayımların nəticəsi olaraq yarpaq başına 20-30 nimfa görüldüyündə, yumurtaların əksəriyyəti açıldığında, ilk yetişkin parazidin çıxışı və yarpaq üstündə yapışqan təbəqə (fumajin) olmadan əvvəl dərmanlama aparılmalıdır.

ALMADA YAŞIL YARPAQ BİTİ: Veqatasiya dövründə 100 zoğdan 15-də yoluxma aşkarlanarsa dərmanlama həyata keçirilir.

QARPIZDA ŞƏFTALI YARPAQ BİTİ: Dərmanlama zamanını müəyyən etmə məqsədilə aprel ayından etibarən sahəyə künclərdən daxil olaraq 3-5 addımdan bir bitkilərin təzə yarpaq və zoğlarında təsadüfi olaraq bir yarpaq toplanılır. Qarpız kimi büyük yarpaqlı bitkilərdə bir yarpağa düşən yarpaq biti sayı 10-20 ədəd olarsa dərmanlama aparılmasına başlanılmalıdır.

PAMBIQDA YARPAQ BİTİNƏ QARŞI: Fidan dövründə seyrəltmədən sonra 50% yoluxmuş fidan, tarla dövründə isə 1 yarpaqda orta hesabla 25 yarpaq biti olduğunda dərmanlama aparılmalıdır.

PAMBIQDA YARPAQ BİRƏLƏRİNƏ QARŞI: Təsadüfi seçilən bitkilərin ana gövdəsinə aid alt, orta və üst tərəflərdən alınan bir ədəd olmaqla cəmi 25 yarpaqdakı yarpaq birələri sayılır. Bu şəkildə bütün sahədən toplam 100 yarpaqda yarpaq başına orta hesabla zərərli sayı tapılır. Yarpaq başına 10 birəsi tapıldığında mübarizəyə başlanılır.

PAMBIQDA TÜTÜN AĞCAQANADINA QARŞI: Ağcaqanad yoluxması nəzərə alınaraq yarpaq başına 10 sürfə+pupası tapıldığında mübarizəyə başlanılmalıdır.

DƏRMANIN MÜQAVİMƏTİ İLƏ BAĞLI MƏLUMAT:
MASS PLANT FORTE SP adlı bitki mühafizə vasitəsi, təsir mexanizminə görə qrup 4A olaraq sinifləşdirilmiş bir insektisiddir. Eyni təsir mexanizmilərinə sahib bitki mühafizə vasitələri kimi təkrar istifadəsi müqavimətin inkişafına kömək edir. Bu səbəblə müqavimətinin inkişafını ləngitmək üçün MASS PLANT FORTE SP-ni eyni məhsul sezonu dövründə tövsiyyə edilən dərmanlama sayısını aşmamaq lazımdır. Dərmanlamanın təkrarlanması halında isə fərqli təsir mexanizminə sahib (4A qrupu xaric) bitki mühafizə vasitələrindən istifadə etməyə üstünlük verməlisiniz.

QARIŞDIRILMA ŞƏRTLƏRİ: Qələvi xüsusiyyətlərə malik dərmanlar xaricində digə bir çox insektisid, funqisid və yarpaq gübrələri ilə qarışdırılaraq istifadə edilə bilər. Ancaq qarışdırma aparmadan əvvəl ön qarışım edib, sınaq yoxlamaları aparılmalıdır.

SUDA HƏLL OLAN TOZ (SP)
QRUPU | 4A | INSEKTISID (BÖCƏK DƏRMANI)
TƏSİREDİCİ MADDƏSİ: 20% Acetamiprid

• Əvvəlcə etiketdəki məlumatları oxuyun.
• Evdə istifadə etməyin.
• Uşaqlardan, qidala və heyvan yemlərindən uzaqda saxlayın.
• Dərmanlama zamanı heç nə yeməyin, içməyin və siqaret çəkməyin.
• Dərmanlanmış sahəyə 1 gün müddətində insan və heyvan daxil olmasından qoruyun.
• İnsan sağlamlığını və ətraf mühiti qorumaq üzrə risklərin qarşısını almaq üçün bu dərmanı tövsiyə edildiyi kimi və tövsiyyə edilən dozada (norma) istifadə edin.

BU DƏRMANIN TÖVSİYƏ EDİLƏN BİTKİLƏRDƏN ƏLAVƏ
BAŞQA BİTKİLƏRƏ İSTİFADƏSİ QADAĞANDIR.

ZƏHƏRLƏNMƏ ƏLAMƏTLƏRİ:
Hərəkətlərdə uyuşma, əzələlərin gərilməsi, bədən tarazlığını pozulması, tənəffüsün azalması, gözlərin yaşarması və burun suyunun axması və s.

İLK YARDIM TƏDBİRLƏRİ:
Tənəffüs edilərsə xəstəni dərmanlamış ərazidən uzaqlaşdırıb, təmiz havaya çıxardın. Nəfəs almırsa tibbi yardım çağırın və mümkünsə süni tənəffüs edin. Dərhal tibbi yardıma müraciət edin.
Dəri ilə təmas etdikdə çirkli paltarları çıxarın. Təmas etmiş hissələri bol su ilə yuyun. Sonra bol su və sabun ilə yuyun və qurulayın qaşınma olarsa dərhal tibbi yardıma müraciət edin.
Gözlə ilə təmas etdikdə maruz qalan gözü, göz qapaqlarını açıq şəkildə və göz qapaqlarını göz yuvasından mümkün qədər uzaqlaşdıraraq ən azı 15 dəqiqə bol su ilə yuyun. Göz linzaları varsa və rahat çıxardılırsa, çıxardın və yumağa davam edin. Qaşınma baş verərsə, tibbi yardıma müraciət edin.
Udularsa ən yaxın səhiyyə mərkəzinə müraciət edin bu dərmanın etiketi göstərin və tibbi yardım alın. Tibbi olaraq tövsiyə edilmədikcə qusdurmayın. Xəstə huşsuz deyilsə ağzını bol miqdarda su ilə çalxalayın və bol miqdarda su içirdin. Xəstənin ümumi vəziyyətini dəyərləndirib, əlamətlərə görə müalicə tətbiq edin.

VAKSİNİ VƏ MÜALİCƏSİ:
Xüsusi bir vaksini yoxdur. Əlamətlərə görə müalicə tətbiq edilə bilər.



RESPUBLİKA TOKSİKOLOGİYA MƏRKƏZİ
TEL: (+994 12) 597-99-20, (+994 12) 597-99-24

TƏRKİBİ: Dərmanın tərkibində Acetamiprid var.
ZƏRƏRLİLİK İFADƏLƏRİ:
H301- Udulması halında toksik təsirlidir.
H311- Dəri ilə təmas halında toksik təsirlidir.
H330 - Tənəffüs edilməsi halında öldürücüdür.
H412 – Ətraf mühütdə uzun müddət qalıcı və zərərli təsir göstərir.

TƏHLÜKƏSİZLİK TƏDBİRLƏRİ:
P261 - Tozunu, dumanını nəfəs almaqdan çəkinin.
P270 - Bu məhsuldan istifadə edərkən yeməyin, içməyin və ya siqaret çəkməyin.
P271 - Yalnız açıq havada və ya yaxşı havalandırılan ərazidə istifadə edin.
P273 - Ətraf mühitə buraxılmasından çəkinin.
P280 - Qoruyucu əlcəklər/qoruyucu geyimlər/gözlərin mühafizəsi/üzün mühafizəsi vasitələrindən istifadə edin.
P501 - İçindəkiləri/konteyneri tullantıları qaydalara uyğun şəkildə boşaldın, məhv edin.
EUH401- İnsan sağlamlığına və ətraf mühitə risklərdən yayınmaq üçün istifadə təlimatlarına riayət edin.

İSTİFADƏ EDƏRKƏN VƏ SAXLAYARKƏN DİQQƏT EDİLƏCƏK XÜSUSİYYƏTLƏR:
• Arılar üçün zəhərlidir Çiçəkləmə zamanı istifadə etməyin.
• Balıqlar üçün zəhərlidir. Su qaynaqlarına, göllərə, axarsulara axıtmayın.
• Tövsiyələrə uyğun istifadə etdikdə fitotoksik təsir göstərmir.
• Boş dərman qablarını başqa məqsədlər üçün istifadə etməyin, qaydasına görə məhv edin.

SAXLANMA QAYDASI:
Normal (sərin və quru) şərtlərdə orjinal qablarda, açılmadan saxlanıldıqda 2 il müddətində fiziki, kimyəvi və bioloji özəlliklərində heç bir dəyişiklik (görünüş xaric) olmaz.

İSTEHSALÇININ BƏYANATI:
Orijinal qablaşdırmalarda satılmaq şərti ilə istehsalçı dərmanların keyfiyyətinə zəmanət verir. İstehsalçı saxlanma şərtləri pozulduqda və ya istifadə qaydalarına uyğun dərmanlama həyata keçirilmədikdə məhsulun keyfiyyətinə zəmanət vermir və hər hansı bir zərər üçün öhdəlik daşımır.

LİSENZİYA SAHİBİ və İSTEHSALÇI ŞİRKƏT:
SUNSET KİMYA TARIM ÜRÜNLERİ VE ALETLERİ İML. PAZ. SAN. VE TİC. LTD. ŞTİ. Adana Hacı Sabancı Organize Sanayi Bölgesi Toros Cad. No:11 Sarıçam/ADANA
Tel: 0 (322) 394 51 71-72 Fax: 0 (322) 394 51 73

Video

© 2020 - 2024 Aqrar İnnovasiya və Təchizat Şirkəti
www.gubre.az
Whatsapp icon