11 iyul tarixində Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin və Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə növbəti Aqrar İnnovasiya Festivalı Bərdə rayonunda keçirilib.  Bərdə Peşə Liseyində baş tutan festivalda Kənd Təsərrüfatı  Nazirliyinin bütün tabeli qurumları, Peşə Təhsili üzrə Dövlət Agentliyinin tabeliyindəki bir sıra peşə təhsil müəssisələri, 80-dən çox yerli və xarici şirkət, həmçinin müxtəlif layihə və startaplar iştirak edib.

Tədbir zamanı aqrar sahənin inkişafı məqsədilə prioritet istiqamətlər üzrə fermerlər üçün təlimlər təşkil edilib. Festivalın gedişində həmçinin peşə təhsil müəssisələrinin tələbələri üçün kənd təsərrüfatına marağın artırılması və gənclərin bu sahəyə cəlb edilməsi məqsədilə suvarma, bitki mühafizə tədbirləri sahəsində fəaliyyət göstərən özəl şirkətlər tərəfindən məlumat sessiyaları keçirilib. İctimaiyyət nümayəndələrinə məlumat verilib ki, peşə təhsil müəssisələri arasında xüsusən Bərdə Peşə Liseyi kənd təsərrüfatı baxımından böyük imkanlara sahibdir. 2021-ci ildə müasir standartlar əsasında fəaliyyətə başlayan müəssisədə 1200-ə yaxın tələbə kənd təsərrüfatı, İKT, sənaye kimi yüksək tələbat olan sahələrdə təhsil alırlar.

Fermerlərimizin maariflənməsi işini əsas prinsiplərindən biri olaraq müəyyənləşdirmiş Aqrar İnnovasiya və Təchizat şirkətinə məxsus gubre.az aqrar ticarət şəbəkəsi də festivalda iştirak etmişdir. Respublikamızda kənd təsərrüfatının gələcək potensialının artırılması yolunda geniş məhsul çeşidli stendlə çıxış etmiş gubre.az yeni və məhsuldarlığı artıracaq məhsul çeşidlərini fermerlərə təqdim etmişdir.

 

 

© 2020 - 2024 Aqrar İnnovasiya və Təchizat Şirkəti
www.gubre.az
Whatsapp icon