Kalsium nitrat YaraTera Calcinit / 15-0-0+CaO / Yara Sumoi Oy / 25 kq, kq

50 ₼

Səbətə əlavə et
Kateqoriya: Məhsulun adı: Kalsium nitrat YaraTera Calcinit / 15-0-0+CaO / Yara Sumoi Oy / 25 kq, kq / 184

Məlumat


Yara Tera Calsinit gübrələri dünyada qabaqcıl yerlərdə olan yüksək keyfiyyətli
kalsium nitrat gübrələrindən biridir. Tərkibində 15,5% azot və 26,3% kalsium oksidi
mövcuddur. Suda sürətli və tam həll olunur, eyni zamanda heç bir çöküntü vermir.
Yara Tera Calcinit tərkibindəki nitrat azotu bitkilərin birbaşa mənimsəyə bilməsi
üçün hazır formadadır və bu, sürətli böyümə üçün ideal vasitədir. O, həmçinin
kalium, kalsium və maqneziumun bitki qəbulunu yaxşılaşdırmağa kömək edir və
əksər bağçılıq və yüksək qiymətli kənd təsərrüfatı bitkiləri üçün üstünlük verilən
azot mənbəyidir.
Yara Tera Calcinit gübrəsini fosfat və ya sulfat tərkibli ehtiyat məhlulları istisna
olmaqla, bütün suda həll olunan gübrələrlə qarışdıra bilərsiniz. Məhsulun
spesifikasiyasına 15.5% ümumi N, 14.4% nitrat formasında, 1.1% ammonyak
formasında azot və 19% kalsium (26.3% CaO) daxildir

Video

© 2020 - 2024 Aqrar İnnovasiya və Təchizat Şirkəti
www.gubre.az
Whatsapp icon