Kənd təsərrüfatlarında, həyətyanı və bağ sahələrində mədəni bitkilərlə yanaşı fermerlər tərəfindən yabanı və ya alaq otları adlandırılan bitkilərə də rast gəlinir. Alaq otlarının tibbi cəhətdən şəfalı xüsusiyyətlərə malik növlərinin mövcud olmasına baxmayaraq, təsərrüfatlarda bir o qədər də arzuolunan bitkilər olaraq tanınmır. Buna əsas səbəb olaraq isə qeyd edilir ki, alaq otları məhsul sahələrində yabanı formada yetişərək, bitkilərin torpaqdan qida, su və vitamin elementlərini qəbul etməsini çətinləşdirir və ümumilikdə inkişaf prosesinə ciddi şəkildə mane olur. Bu kateqoriyaya daxil olan bitkilər yetişdiyi əraziyə görə alaq otu adlandırıla bilər. Məsələn, hər hansısa əkin sahəsində müxtəlif meyvələrin, tərəvəzlərin və s. sağlam şəkildə böyüməsinə mane olan bitki qrupu alaq otu olaraq adlandırılırsa, başqa bir ərazidə eyni bitki dekorativ məqsədlər üçün istifadə oluna bilər. Odur ki, bu dəfəki məqaləmizdə kənd təsərrüfatı və bağ sahələrinə yetişdirilən məhsulların inkişafına mane olan alaq otlarından danışacağıq.

 

Alaq Otlarının Zərərləri

 

Alaq otlarının yayılması kütləvi hal aldıqda torpağa, ətraf mühitə və dolayı yolla biomüxtəlifliyə zərər toxundurur. Alaq otlarının bitkilər üçün ümumi zərərlərini aşağıdakı kimi sıralamaq olar:

 

  • Kənd təsərrüfatlarında, bağçılıqda alaq otları bitkilərin inkişafını, həmçinin, heyvanların yaşayışını çətinləşdirir. Məhsuldarlığı və keyfiyyəti məhdudlaşdırır. 
  • Bitkiləri müxtəlif xəstəliklərə yoluxduran bəzi mikroorqanizmlər, bakteriayalar məhz yabanı bitkilər vasitəsi ilə ötürülür.
  • Alaq otları insan və heyvan sağlamlığı üçün birbaşa zərər toxundura bilər. (allergiya, zəhərlənmək və s. kimi)
  • Sarmaşıq və dırmaşan bitkilər müxtəlif tikililərə, strukturlara zərər toxundura bilər.
  • Sahələrdə qeyri-təbii şəkildə yetişən bitkilər mövcud növləri əvəz edə bilər. Bu yerdəyişmə ətraf mühitin, ekosistemlərin biomüxtəlifliyinə və keyfiyyətinə mənfi təsir göstərir.

 

Alaq Otlarına Qarşı Mübarizə Üsulları

 

Alaq otları yabanı şəkildə yetişib inkişaf etsə də, əsasən müxtəlif daşıyıcıların vasitəsi ilə yayılır. Burada təbiət hadisələrindən tutmuş, müxtəlif canlıların özünəməxsus rolu vardır. Yuva qurmaq üçün torpaqdan bitki toplayan sincablar, bağ sahələrində daim hərəkətdə olan itlər, pişiklər, yabanı otların toxumları olan torpaq parçalarını daşıyan quşlar və s. alaq otlarının geniş ərazilərə yayılmasını təmin edir. Eyni zamanda külək vasitəsi ilə də müvafiq toxumlar yayıla bilir. Bu növ alaq otları ilə mübarizə aparmaq nisbətən asan olsa da, dərin köklü alaq otları üçün eynisini söyləmək çətindir. Çünki, yerin altında uzun məsafələrə yayılan kökləri olan alaq otlarının kökləri qırılanda hər bir parça yenidən kök salıb cücərməyə davam edə bilər. Kök alaq otlarına misal olaraq, qığılcım, gicitkən, qatırquyruğu, yeddiyarpaq və s. daxildir. Çeşidlərinə görə alaq otlarına qarşı mübarizə üsulları da müxtəlifdir.

 

Alaq otlarına qarşı mübarizə üsulları iki yerə bölünür:

 

  • Mexaniki mübarizə üsulları
  • Kimyəvi mübarizə üsulları

 

Təsərrüfatlarda alaq otlarına qarşı mexaniki mübarizə zamanı malçlama (torpağın bitki qalıqları, saman və s. ilə örtülməsi), torpağın üzəri su ilə örtüləcək səviyyədə suvarmaq, torpağı şumlamaq kimi metodlardan istifadə olunur. Alaq otlarına qarşı kimyəvi mübarizə zamanı isə təyinatı üzrə müxtəlif herbisidlər tətbiq edilir. 

 

Herbisid Nədir?

 

Herbisidlər təsərrüfatlarda istifadəsi zəruri olan bitki mühafizə vasitələrinin bir qrupudur. Arzuolunmaz bitki örtüyü olan alaq otlarına qarşı mübarizə aparmaq məqsədi ilə istifadə edilən bütün kimyəvi maddələr ümumilikdə herbisid olaraq adlanır. 

 

Herbisid Növləri

 

Yabanı otların inkişafının qarşısını almaq üçün istifadə olunan herbisidlər aşağıdakı növlərə ayrılır.

 

Ümumi herbisidlər

 

Ümumi herbisidlər tətbiq olunduğu sahələrdə bütün növ alaq otlarını məhv etməyə qadir bitki mühafizə vasitələridir. Bununla yanaşı, bu kateqoriyaya daxil olan vasitələr heyvanlara və insanlara heç bir zərər toxundurmur.

 

Selektiv herbisidlər

 

Selektiv herbisidlər adından da göründüyü kimi müəyyən bitki qrupunun məhvinə hədəflənmiş bitki mühafizə vasitələridir. Beləliklə, bu herbisidlər digər bitkilərə zərər toxundurmadan, hədəflənən alaq otunun inkişafının qarşısını almaq üçün istifadə olunur. 

 

Herbisidlər Necə Tətbiq Olunur?

 

Alaq otlarına qarşı dərmanlar müəyyən nisbətlərdə su ilə qarışdırılaraq, müxtəlif çiləyicilər, tətbiq sistemləri vasitəsi ilə torpağa və ya bitkiyə tətbiq edilir. Herbisidlər tətbiq edildikdən bir neçə gün sonra təsirini göstərməyə başlayır və təxminən 6 ay ərzində təsirediciliyini qoruyur. Çiləmə havanın küləksiz, yağmursuz və temperaturun 8-25°C olduğu vaxtlarda aparılmalıdır. Məhsulun etiketində xüsusi məlumatlar yer almadığı təqdirdə, göstərilən miqdara uyğun 1 hektar əraziyə 200-400 litr su istifadə edilir. Bundan başqa, eyni təsir mexanizminə sahib herbisidlər davamlı olaraq istifadə edilməməlidir. 

 

Herbisidlər Nə Zaman Tətbiq Olunur?

 

Təsərrüfatlarda alaq otlarına qarşı mübarizə zamanı geniş şəkildə istifadə olunan herbisidlər müvafiq yabanı otlar yetişməzdən əvvəl və ya sonra tətbiq edilir. 

 

Herbisid Tətbiqinin Faydaları

  • Alaq otları ilə mübarizədə ən münasib mübarizə üsuludur
  • Düzgün şəkildə tətbiq olunduğu təqdirdə, nəticələr yüksək olur
  • Mexaniki vasitələrin nüfuz edə bilməyəcəyi möhkəm, daşlı yerlərdə tətbiq oluna bilər
  • Müntəzəm olaraq istifadə olunduqda ərazidəki alaq otlarının toxum və kök sistemini məhv edir
  • İşçi qüvvəsinə ehtiyacı azaldır
  • Digər üsullarla müqayisədə daha sürətli nəticə verir

 

Herbisidlərin Tətbiqi Zamanı Nələrə Diqqət Edilməlidir?

 

Bütün növ alaq dərmanlarının yəni herbisidlərin üzərində məhsulun necə hazırlanması, qarışdırılması və istifadə edilməsi barədə xüsusi təlimatlar yer alır. Bundan başqa, tətbiq olunacaq sahənin ölçüsünə uyğun olaraq istifadə ediləcək məhlulun miqdarı qeyd edilir. Herbisidləri tətbiq etməzdən əvvəl qeyd olunan istifadə təlimatlarına nəzər yetirmək mütləqdir. Tətbiq zamanı əlcək, eynək, maska ​​və geyim kimi qoruyu vasitələrdən istifadə edilməlidir. İstənilən halda tətbiqdən öncə torpaq analizinin aparılması, peşəkar aqronom dəstəyi almaq vacib faktorlardandır. Ölkəmizdə kənd təsərrüfatı məhsullarının satışı üzrə ixtisaslaşan gubre.az aqrar ticarət şəbəkəsi fermerlərimizə pulsuz aqronom məsləhəti xidmətini təklif edir.

 

Alaq Otlarına Qarşı Dərmanlar

Təsərrüfatlarda daha çox rast gəlinən alaq otları və onlara qarşı mübarizə zamanı effektiv təsirediciliyə malik herbisid adları ilə aşağıdakı cədvəldən tanış ola bilərsiniz.

 

Alaq otlarının adları

Tətbiq olunan herbisid adları

Tülküquyruğu

Astragil

Cowboy 240 EC

Hələb sorqumu

Fullspeed

Astragil

Çayır

Stomp Aqua

Astragil

Darıcan

Elpis SL

Fullspeed

Knock Out

Astragil

Quşəppəyi

Dagro fins

Stomp Aqua

Qatırquyruğu

Dagro fins

Sirkan

Elpis SL

Fullspeed

Stomp Aqua

Sunamin 500 SL

Vesuper 75 DF

Pıtraq

Sunforce

Elpis SL

Dəlibəng

Elpis SL

 

Herbisid Satışı


Təsərrüfatlarda, bağ və həyətyanı sahələrdə məhsul yetişdirilməsi zamanı bitkilərə zərər verən alaq otlarına qarşı mübarizə zamanı effektiv təsirediciliyə malik bitki mühafizə vasitələrini gubre.az aqrar ticarət şəbəkəsinin ölkəmizin müxtəlif bölgələrində yerləşən 200-dən çox satış nöqtəsindən əldə etmək mümkündür. Eyni zamanda təsərrüfat sahibləri 828 qısa nömrəsi ilə əlaqə saxlayaraq və ya gubre.az vebsaytına və sosial media hesablarına (Instagram, Facebook, LinkedIn) daxil olaraq, sifarişlərini həyata keçirə bilər. Qeyd edək ki, subsidiyalı satış imkanlarından yararlanaraq və ya fermer kartı ilə bitki toxumlarını, həmçinin, bitki qorumabitki bəsləmə vasitələrini əldə etmək mümkündür.

© 2020 - 2024 Aqrar İnnovasiya və Təchizat Şirkəti
www.gubre.az
Whatsapp icon